Azərbaycanda elektrik enerjisi istehsalı 7% artıb

Energetika
  • 18 mart, 2022
  • 14:08
Azərbaycanda elektrik enerjisi istehsalı 7% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4 887 mln. kVt/s və yaxud 2020-ci illə müqayisədə 7,2% çox elektrik enerjisi istehsal olunub.

Bu barədə “Report” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2 aylıq istehsalın 2 331,2 mln. kVt/s-ı fevral ayının payına düşüb. Bu isə ötən ilin fevral ayına nisbətən 6,3% çoxdur.

Hesabat dövründə elektrik enerjisi istehsalının 4 458 mln. kVt/s-ı və yaxud təxminən 91%-i “Azərenerji” ASC-nin, 375,3 mln. kVt/s-ı müstəqil elektrik stansiyalarının, 53,7 mln. kVt/s-ı isə Naxçıvan MR Dövlət Energetika Xidmətinin payına düşüb.

Ayrı-ayrı mənbələrə gəlincə isə, ötən il istilik elektrik stansiyalarında 4 677,5 mln. kVt/s, su elektrik stansiyalarında 154,6 mln. kVt/s, külək elektrik stansiyalarında 13,1 mln. kVt/s, günəş elektrik stansiyalarında 7,7 mln. kVt/s, İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 34,1 mln. kVt/s enerjisi isehsal edilib.