Azərbaycanda elektrik enerjisi istehsalı 6 % azalıb

Energetika
  • 15 may, 2024
  • 08:48
Azərbaycanda elektrik enerjisi istehsalı 6 % azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 9 milyard 248,6 milyon kVt/saat olub.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin yanvar-aprel ayları üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 603,5 milyon kVt/saat və ya 6,1 % azalıb.

Bu ilin aprel ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 108,5 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 12,6 milyon kVt/saat və ya 0,6 % çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-aprel aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 9 milyard 852,1 milyon kVt/saat, həmçinin aprel ayında 2 milyard 095,9 milyon kVt/saat təşkil edib.