Azərbaycanda bu il İES-lərdə elektrik enerjisi istehsalı cüzi artıb

Energetika
  • 15 avqust, 2023
  • 13:16
Azərbaycanda bu il İES-lərdə elektrik enerjisi istehsalı cüzi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda İstilik Elektrik Stansiyalarında (İES) 14 milyard 995,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

“Report” bu barədə Energetika Nazirliyinin 7 ay üzrə elektrik enerjisinə dair açıqladığı operativ məlumatlarına istinadən xəbər verir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 102,7 milyon kVt/saat və ya 0,7 % çoxdur.

Bu dövrdə Su Elektrik Stansiyalarında (SES) elektrik enerjisi istehsalı 56,5 milyon kVt/saat və ya 4,8 % azalaraq 1 milyard 107,4 milyon kVt/saat, digər mənbələr üzrə isə 0,4 milyon kVt/s azalaraq 220,3 milyon kVt/saat təşkil edib.

Külək Elektrik Stansiyalarında (KES) elektrik enerjisi istehsalı 37,6 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında (GES) 39,6 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

KES-lərdə enerji istehsalı il ərzində 16,4 milyon kVt/saat və ya 30,4 % azalıb, GES-lərdə - 2,1 milyon kVt/saat və ya 5,6 %, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda - 13,4 milyon kVt/saat və ya 10,3 % artıb.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 milyard 652,8 milyon kVt/saat təşkil edib. Bu da illik müqayisədə təxminən eynidir. Səhmdar Cəmiyyətin İES-lərində 13 milyard 622,3 milyon kVt/saat, SES-lərində isə 1 milyard 030,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 272,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu, 2022-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyon kVt/saat və ya 1,2 % çoxdur. Dövlət Energetika Xidmətinin İES-lərdə 168,2 milyon kVt/saat, SES-lərdə 67,7 milyon kVt/saat, GES-də 36,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu dövr ərzində “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,9 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 369,6 milyon kVt/saat təşkil edib. İllik müqayisədə KES-lərdə enerji istehsalı 10,2 milyon kVt/saat və ya 26,1 % azalıb. Müstəqil elektrik stansiyaları üzrə isə illik müqayisədə elektrik enerjisi istehsalı 54 milyon kVt/saat və ya 4 % çoxdur.

44 - Tezliklə