Azərbaycanda 11 ayda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
- 16 dekabr, 2024
- 08:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 25 milyard 932,5 milyon kVt/saat olub.
Bu barədə “Report” Energetika Nazirliyinin 11 ay üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 555 milyon kVt/saat və ya 2,09 % azalıb.
Bu ilin noyabr ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 089,7 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 363,7 milyon kVt/saat və ya 14,8 % azdır.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 26 milyard 487,5 milyon kVt/saat, həmçinin noyabr ayında 2 milyard 453,4 milyon kVt/saat təşkil edib.