Azərbaycan Yunanıstana neft tədarükünün həcmini açıqlayıb

Energetika
  • 24 yanvar, 2025
  • 13:03
Azərbaycan Yunanıstana neft tədarükünün həcmini açıqlayıb

Ötən il Azərbaycan Yunanıstana 368 min 732,32 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 224 milyon 266,99 min ABŞ dolları təşkil edib.

Ötən il Azərbaycandan Yunanıstana ixrac olunmuş məhsulun miqdarı və dəyəri 2023-cü illə müqayisədə 2 dəfə azalıb.

Yunanıstana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 1,56 % olub.

Gömrük bəyannamələrinə əsasən, 2024-cü ildə Azərbaycan 14 milyard 437 milyon 355,99 min ABŞ dolları dəyərində 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb.