Azərbaycan yanvarda AÇG və "Şahdəniz" layihələrindən 446 mln. dollar qazanıb

Energetika
  • 03 fevral, 2016
  • 11:12
Azərbaycan yanvarda AÇG və Şahdəniz layihələrindən 446 mln. dollar qazanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) bu ilin yanvar ayında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 446 mln. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 442 mln. dolları AÇG-dən mənfəət nefti, 4 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il fevralın 1-dək ARDNF-ə AÇG-dən 117,5 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,5 mlrd. dollar vəsait daxil olub.