Azərbaycan “Premium Euro-95” markalı benzinin idxalını 1,7 dəfə artırıb

Energetika
  • 18 aprel, 2025
  • 11:23
Azərbaycan “Premium Euro-95” markalı benzinin idxalını 1,7 dəfə artırıb

Azərbaycan bu ilin yanvar-fevral aylarında 20 min 992,07 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 1,7 dəfə çoxdur.

Hesabat dövründə idxal edilən “Premium Euro-95” markalı benzinin dəyəri 17 milyon 933,55 min ABŞ dolları (artım 1,5 dəfə) təşkil edib.

İdxalın strukturunda 11 milyon 125,92 min ABŞ dolları dəyərində (artım 1,6 dəfə) 12 min 713,45 ton benzin (artım 1,7 dəfə) və ya bütün tədarükün 60,6 %-i Rusiyanın payına düşüb.

Tədarükçülərin ilk üçlüyündə Rumıniya (4 milyon 7,81 min ABŞ dolları dəyərində 4 min 911,23 ton) və Belarus da (1 milyon 626,74 min ABŞ dolları dəyərində 1 min 967,15 ton) yer alıb.

Tədarükün qalan həcmi - 1 milyon 173,08 min ABŞ dolları dəyərində 1 min 400,24 ton benzin Bolqarıstanın payına düşüb.

Statistik məlumatlara görə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 370,81 min ABŞ dolları dəyərində (artım 13,2 %) 302,46 ton "Super Euro-98" markalı benzin (artım 13,2 %) idxal edilib.

İdxalın strukturunda 228,46 min ABŞ dolları dəyərində 186,34 ton benzin Bolqarıstandan, 142,36 min ABŞ dolları dəyərində 116,11 ton benzin isə Rumıniyadan tədarük edilib.

Xatırladaq ki, Azərbaycana "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzini 2014-cü il aprelin 1-dən idxal edilir.

44 filmi