Azərbaycan yanvar ayındakı neft emalı üzrə həcmləri açıqlayıb
- 13 fevral, 2024
- 10:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ay Azərbaycanda 481 min tona yaxın neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin yanvar ayına nisbətən 78 min ton və ya 13,96 % azdır.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 6,5 milyon tona yaxın neft emal edilib. Bu, 2022-ci ilə nisbətən 300 min ton və ya 4,8 % çoxdur.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.