Azərbaycan yanvar ayı üzrə polietilen ixracının həcmini açıqlayıb
- 19 fevral, 2024
- 14:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6 min 858,75 ton ilkin formalarda polietilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 7 milyon 004,88 min ABŞ dolları təşkil edib.
Bu, 2023-cü ilin yanvar göstəricisi ilə müqayisədə müvafiq olaraq 2,2 dəfə və 2,13 dəfə azdır.
Polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,15 %, ölkənin ümumi ixracında payı isə 0,38 % olub.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.
2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 150 min 060,74 ton ilkin formalarda polietilen ixrac edib. Bu həcmdə polietilenin dəyəri 155 milyon 436,3 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.