Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir

Energetika
  • 19 dekabr, 2025
  • 14:02
Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir

Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir.

"Report" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda Ermənistan-Gürcüstan sərhədində yerləşən Ayrum dəmir yolu stansiyasından Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu üzrə daşınan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir.

G. Papoyan qeyd edib ki, bu hadisə təkcə sülh razılaşmasından sonra Ermənistan və Azərbaycan arasında reallaşan ilk ticarət-iqtisadi əməliyyat deyil, həm də Ermənistanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında həyata keçirilən ilk belə razılaşma ola bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti