Azərbaycan Xorvatiyaya neft ixracını 16 % azaldıb

Energetika
  • 22 yanvar, 2024
  • 09:18
Azərbaycan Xorvatiyaya neft ixracını 16 % azaldıb

2023-cü ildə Azərbaycan Xorvatiyaya 975 min 165,93 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 590 milyon 404,89 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin göstəriciləri ilə müqayisədə 15,9 %, dəyəri isə 38 % azdır.

Xorvatiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,74 % olub.

Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.

2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.