Azərbaycan xarici şirkətlərdə milliləşdirmə siyasəti həyata keçirir
- 20 fevral, 2015
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 fevral. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq- Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə cəlb olunan işçilərin əksəriyyəti azərbaycanlılardır. "Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Teymur Mahmudov deyib.
Onun sözlərinə görə, milliləşdirmə siyasəti Azərbaycanda fəaliyyət göstərən BP, "Hulliburton" və digər xarici şirkətlərdə də həyata keçirilir: "AÇG layihəsi ilə bağlı 2013-cü ildə işçilərin tərkibinin 75%-i yerlilərdən ibarət idisə, bu gün milliləşmə siyasəti nəticəsində həmin rəqəm artaraq 78%-ə çatıb".
T.Mahmudov qeyd edib ki, milliləşdirmə siyasətinin nəticəsi olaraq artıq 2018-ci ildə müxtəlif layihələrdə işçilərin təxminən 92-95%-i yerlilərdən ibarət olacaq.