Azərbaycan və Xorvatiya "yaşıl enerji" əməkdaşlığı imkanlarını müzakirə edib

Energetika
  • 28 fevral, 2025
  • 18:18
Azərbaycan və Xorvatiya yaşıl enerji əməkdaşlığı imkanlarını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Xorvatiyaya səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə bu ölkənin bir sıra rəsmiləri və şirkət rəhbəri ilə görüşlər keçirilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xorvatiyanın iqtisadiyyat naziri Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın həmsədri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüşdə ölkələr arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, özəl sektor, sərmayələrin təşviqi, enerji, turizm, əczaçılıq, tranzit daşımaları sahələri üzrə birgə fəaliyyətin perspektivləri barədə müzakirə aparılıb.

Xorvatiyanın ətraf mühitin mühafizəsi və yaşıl keçid naziri Mariya Vuçkoviç ilə görüşdə ölkələrin mühüm tərəfdaşlıq istiqaməti olan energetika sahəsində birgə fəaliyyətin şaxələndirilməsi barədə fikir mübadiləsi aparılıb. Yaşıl enerjiyə keçidi və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

44 - Tezliklə