Azərbaycan və Venesuela neftin qiymətinin bir barel üçün 60 dollar olmasını optimal sayır

Energetika
  • 29 oktyabr, 2016
  • 22:15
Azərbaycan və Venesuela neftin qiymətinin bir barel üçün 60 dollar olmasını optimal sayır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan və Venesuela neftin qiymətinin bir barel üçün 60 dollar olmasını optimal hesab edir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev OPEK-in mənzil qərargahında jurnalistlərə müsahibəsində bildirib.

"Venesuela və Azərbaycan bazarın stabilləşdirilməsi üçün bəzi tədbirlərin görülməsi fikri ilə razıdır. Biz neftin bir barelinin təqribən 60 dollar civarında ola biləcyi ilə razıyıq", — deyə o əlavə edib.

Öz növbəsində nazir müavini ümid etdiyini bildirib ki, hasilatın azaldılmasına dair razılaşma əldə olunacaq və neftin qiyməti artacaq.

OPEK-ə daxil olmayan digər ölkələr neft hasilatının azaldılmasına qoşulmaq istəmədiklərini ifadə ediblər.

Vyanada 28-29 oktyabr tarixlərində OPEK-in neft hasilatının azaldılmasına dair Əlcəzair razılaşmalarının reallaşdırılması üzrə Xüsusi Komitəsinin iclası keçirilib.