Azərbaycan və Küveyt neft emalı layihələrinin həyata keçirilməsini müzakirə edib

Energetika
  • 09 oktyabr, 2025
  • 17:46
Azərbaycan və Küveyt neft emalı layihələrinin həyata keçirilməsini müzakirə edib

Azərbaycan və Küveyt arasında neft emalı layihələrinin həyata keçirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Küveytə işgüzar səfər çərçivəsində bu ölkənin neft naziri, Küveyt Neft Korporasiyasının Direktorlar Şurasının sədri Tareq Süleyman Al-Rumi ilə keçirilmiş görüşdə aparılıb.

"Görüşdə neft emalı layihələrinin həyata keçirilməsi, neft-qaz məhsullarının ticarəti, həmçinin ənənəvi və bərpa olunan enerji istiqamətində əməkdaşlıq imkanlarını və perspektivlərini dəyərləndirdik. Azərbaycanın regional və qlobal enerji layihələrində uğurlu təmsilçiliyi, dayanıqlı iqtisadiyyata keçiddə resursların səmərəli idarə edilməsi barədə fikirlərimizi bölüşdük", - deyə M.Cabbarov qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti