Azərbaycan və İran enerji sahəsində əməkdaşlığı müzakirə edib
Energetika
- 12 fevral, 2026
- 15:02
Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovun İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul zamanı aparılıb.
Görüşdə iki ölkə arasında energetika sahəsində birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, yaxın günlərdə Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası mövcud layihələrin icrasının sürətləndirilməsinə də mühüm töhfə verəcək.
Son xəbərlər
09:49
Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemində nasazlıq baş verib
Digər ölkələr09:36
Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərdə 20-dən çox kiçik SES tikilib"
Energetika09:36
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi mükafatlandırılıb
Formula 109:35
Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşır
Energetika09:35
"Birbaşa Bakı" və "Zirə" Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayır
Futbol09:29
Emin Hüseynov: "Ağdam Sənaye Parkında 1 500 daimi iş yeri yaradılıb"
İnfrastruktur09:24
Foto
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub - YENİLƏNİB-2
Formula 109:22
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
Hadisə09:18