Azərbaycan Ukraynaya neft  ixracından qazancını 1,8 dəfə artırıb

Energetika
  • 20 iyun, 2022
  • 12:24
Azərbaycan Ukraynaya neft  ixracından qazancını 1,8 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Ukraynaya 506 min 349.30 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 304 milyon 515,94 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may aylarında Azərbaycandan Ukraynaya ixrac olunmuş məhsulun həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 %, dəyəri isə 1,8 dəfə çoxdur.

Azərbaycandan Ukraynaya ixrac edilən xam neftin ümumi "qara qızıl" ixracında payı 4,45 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 383 min 685 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.

Ötən 5 ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.