Azərbaycan Türkiyəyə neft satışından qazancını 6 dəfəyə yaxın artırıb

Energetika
  • 17 aprel, 2023
  • 05:59
Azərbaycan Türkiyəyə neft satışından qazancını 6 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyəyə 379 min 318,16 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 227 milyon 565,71 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart aylarında ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 4,7 %, dəyəri isə 5,5 % çoxdur.

Bu ilin ilk rübündə Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 5,57 % olub.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6 milyon 809 min 685,99 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 4 milyard 272 milyon 127,65 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 3 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.