Azərbaycan Türkiyəyə neft satışından qazancını 51 %-dən çox artırıb

Energetika
  • 30 yanvar, 2023
  • 06:32
Azərbaycan Türkiyəyə neft satışından qazancını 51 %-dən çox artırıb

2022-ci ildə Azərbaycandan Türkiyəyə 768 min 725,69 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 502 milyon 220,05 min ABŞ dolları təşkil edib.

2022-ci il ərzində ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin göstəriciləri ilə müqayisədə 11,3 %, dəyəri isə 51,5 % çoxdur.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,95 % olub.

Xatırladaq ki, 2022-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 24 min 201,67 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 19 milyard 483 milyon 623,56 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan xarici ölkələrlə 52 milyard 686 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. İllik xarici ticarət dövriyyəsinin 38 milyard 147 milyon ABŞ dolları ixracın, 14 milyard 540 milyon ABŞ dolları isə idxalın payına düşüb.