Azərbaycan Türkiyəyə neft satışından qazancını 3 dəfə artırıb

Energetika
  • 18 oktyabr, 2023
  • 07:16
Azərbaycan Türkiyəyə neft satışından qazancını 3 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyəyə 1 milyon 109 min 141,17 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 627 milyon 024 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 3,09 dəfə, dəyəri isə 2,96 dəfə çoxdur.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ölkənin ümumi neft ixracında payı 5,58 % olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 19 milyon 876 min 255,4 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 12 milyard 128 milyon 399,72 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.