Azərbaycan Türkiyəyə neft satışından qazancını 22 %-dək artırıb

Energetika
  • 17 iyun, 2022
  • 12:01
Azərbaycan Türkiyəyə neft satışından qazancını 22 %-dək artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 216 min 555,68 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 118 milyon 933,65 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 7,9 % az, dəyəri isə 21,7 % çoxdur.

Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi ixracında payı 1,9 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 383 min 685 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. bu miqdarda məhsulun dəyəri 8 milyard 058 milyon 720 min ABŞ dolları təşkil edib.

Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.