Azərbaycan Türkiyədən oktyabrda elektrik məhsulları idxalına çəkdiyi xərci 15 %-ə yaxın azaldıb

Energetika
  • 10 noyabr, 2025
  • 18:23
Azərbaycan Türkiyədən oktyabrda elektrik məhsulları idxalına çəkdiyi xərci 15 %-ə yaxın azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 184,519 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.

Təkcə oktyabrda Türkiyə Azərbaycana 19,122 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,8 % azdır.

10 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 5,7 % artaraq 14,529 milyard ABŞ dollarına, oktyabr ayında isə 6,1 % artaraq 1,644 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 1 milyard 475,192 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), Almaniya 1 milyard 147,583 milyon ABŞ dolları (+0,6 %) və ABŞ 918,363 milyon dolları (+49,4 %) dəyərində həyata keçirib.

Son xəbərlər

Bütün Xəbər Lenti