Azərbaycan Türkiyədən kimyəvi maddə və məhsulların tədarükünü azaldıb

Energetika
  • 12 noyabr, 2022
  • 12:56
Azərbaycan Türkiyədən kimyəvi maddə və məhsulların tədarükünü azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 394,969 milyon ABŞ dolları dəyərində kimyəvi maddə və məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % azdır.

Təkcə bu ilin oktyabr ayında isə Türkiyə Azərbaycana 38,572 milyon ABŞ dollarlıq kimyəvi maddə və məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 10,6 % azdır.

Bu ilin ilk 10 ayında Türkiyənin ümumi kimyəvi maddə və məhsulları ixracının dəyəri illik müqayisədə 37,4 % artaraq 28,139 milyard ABŞ dollarına, oktyabr ayında isə 15,4 % artaraq 2,613 milyard ABŞ dollarına çatıb.