Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalına çəkdiyi xərci 27 % artırıb
- 10 dekabr, 2022
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 188,683 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 % çoxdur.
Təkcə bu ilin noyabr ayında isə Türkiyə Azərbaycana 17,137 milyon ABŞ dollarlıq elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 16 % çoxdur.
Bu ilin ilk 11 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsullarının ixracının dəyəri illik müqayisədə 6,7 % artaraq 13,705 milyard ABŞ dollara, noyabr ayında isə bu məhsulların ixracının dəyəri 12,6 % artaraq 1,428 milyard ABŞ dollarına çatıb.