Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 11 %-ə yaxın artırıb

Energetika
  • 11 fevral, 2025
  • 14:12
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 11 %-ə yaxın artırıb

Bu il yanvar ayında Azərbaycan Türkiyədən 17,535 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur.

Yanvarda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 1,4 % artaraq 1,225 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya (122,132 milyon ABŞ dolları; 1 il əvvələ nisbətən 4,3 % çox), Almaniya (106,232 milyon ABŞ dolları; 1 il əvvələ nisbətən 13,3 % çox), İraq (75,847 milyon ABŞ dolları; 41,2 % çox) və ABŞ (57,574 milyon ABŞ dolları; 28,4 % çox) həyata keçirib.

44 - Tezliklə