Azərbaycan-Türkiyə Enerji Forumu bu il Naxçıvanda keçiriləcək

Energetika
  • 31 avqust, 2023
  • 11:09
Azərbaycan-Türkiyə Enerji Forumu bu il Naxçıvanda keçiriləcək

Sentyabrın 28-29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək.

“Report” xəbər verir ki, tədbirin təşkilatçısı Energetika Nazirliyidir.

Artıq qurum bununla bağlı hazırlıqlara başlayıb.

Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis edilib. 1-ci forum 21-22 dekabr 2021-ci il tarixində Bakıda, 2-ci forum isə 5-6 oktyabr 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilib.