Azərbaycan Tunisə neft satışından qazancını 10 dəfədən çox artırıb
- 21 oktyabr, 2024
- 08:08
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Tunisə 381 min 622,34 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 243 milyon 140,43 min ABŞ dolları təşkil edib.
Ötən 9 ay ərzində Azərbaycandan Tunisə ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 9,2 dəfə, dəyəri isə 10,3 dəfə artıb.
Tunisə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,17 % olub.
Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 8 milyon 329,94 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.