Azərbaycan təbii qaz ixracından qazancını 10 %-dən çox artırıb

Energetika
  • 16 oktyabr, 2025
  • 11:24
Azərbaycan təbii qaz ixracından qazancını 10 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 18 milyard 527 milyon 807,87 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 6 milyard 698 milyon 557,55 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 1,1 % az, dəyəri isə 10,2 % çoxdur.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 36 % olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,3 % azalıb, idxal isə 14,5 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti