Azərbaycan sentyabrda OPEC kvotasından 87 % istifadə edib

Energetika
  • 14 oktyabr, 2024
  • 09:19
Azərbaycan sentyabrda OPEC kvotasından 87 % istifadə edib

Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı (kondensatla birlikdə) 78,7 min ton (592 min barel) təşkil edib.

"Report" Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 65 min tonunu neft (gündəlik 479 min barel), 13,7 min tonunu (gündəlik 113 min barel) kondensat təşkil edib.

Belə ki, Azərbaycan sentyabrda OPEC kvotasından 86,9 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) təşkil edir.