Azərbaycan Rumıniyaya neft ixracını 52 %-dən çox artırıb

Energetika
  • 20 iyun, 2023
  • 13:31
Azərbaycan Rumıniyaya neft ixracını 52 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Rumıniyaya 259 min 747,26 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 163 milyon 564,63 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 52,6 %, dəyəri isə 58,5 % çoxdur.

Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,21 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.

Azərbaycan xarici ölkələrlə 5 ay ərzində 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Ticarət dövriyyənin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.