Azərbaycan Rumıniyaya neft ixracını 11 %-ə yaxın artırıb

Energetika
  • 19 dekabr, 2024
  • 07:27
Azərbaycan Rumıniyaya neft ixracını 11 %-ə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Rumıniyaya 623 min 530,67 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 368 milyon 552,5 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrünə nisbətən 10,9 %, dəyəri isə 6,9 % artıb.

Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,89 % olub.

Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 304 milyon 395,40 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781,63 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb.