Azərbaycan Rumıniyaya neft ixracından qazancını 13 %-ə yaxın artırıb

Energetika
  • 18 oktyabr, 2024
  • 13:30
Azərbaycan Rumıniyaya neft ixracından qazancını 13 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rumıniyaya 498 min 906,73 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 299 milyon 958,57 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,83 %, dəyəri isə 12,39 % çoxdur.

Rumıniyaya ixrac Azərbaycanın ümumi neft ixracında payı 2,84 % olub.

Hesabat dövründə, gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 8 milyon 329,94 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.

44 - Tezliklə