Azərbaycan qazı 2020-ci ildə Bolqarıstanın qaz istehlakının 25-30%-ni təşkil edəcək

Energetika
  • 13 iyun, 2018
  • 07:46
Azərbaycan qazı 2020-ci ildə Bolqarıstanın qaz istehlakının 25-30%-ni təşkil edəcək
Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Smitçiyev
Report/ Elchin Murad

Bakı. 13 iyun REPORT.AZ/ Azərbaycanın "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunacaq və 2020-ci ildə Bolqarıstana çatdırılacaq təbii qaz bu ölkənin qaz istehlakının 25-30%-ni təşkil edəcək.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" mövzusunda konfransda Bolqarıstanın energetika nazirinin müşaviri Rosen Smitçiyev bildirib.

O qeyd edib ki, Bolqarıstan Azərbaycanı Cənub-Şərqi Avropa regionu üçün əsas təbii qaz mənbələrindın biri hesab edir: "Azərbaycan Cənub Qaz Dəhlizinin həm əsas mənbəsi, həm də tərəfdaşıdır. Bolqarıstan 2020-ci ildən Cənub qaz Dəhlizi ilə nəql olunacaq "Şahdəniz-2" qazının alıcılarındadır və Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB)) vasitəsilə ildə 1 mlrd. kubmetr "Şahdəniz" qazı alacaq".

44 filmi