Azərbaycan Portuqaliyaya neft satışını azaldıb
- 23 yanvar, 2024
- 09:55
2023-cü ildə Azərbaycan Portuqaliyaya 449 min 879,3 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 299 milyon 575,75 min ABŞ dolları təşkil edib.
Ötən il Azərbaycandan Portuqaliyaya ixrac olunmuş neftin həcmi əvvəlki illə müqayisədə 2,3 dəfə, dəyəri isə 2,5 dəfə azalıb.
Hesabat dövründə Portuqaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,7 % olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.