Azərbaycan Portuqaliyaya neft ixracının həcmini açıqlayıb
- 18 fevral, 2026
- 12:41
Bu ilin yanvar ayında Azərbaycan Portuqaliyaya 93 min 590,26 ton xam neft ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 44 milyon 337 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 2,3 dəfə, dəyəri isə 2,5 dəfə azdır.
Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,54 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.