Azərbaycan ötən il neftin və qazın nəqlindən 13 milyon diollara yaxın gəlir əldə edib

Energetika
  • 10 iyun, 2022
  • 10:10
Azərbaycan ötən il neftin və qazın nəqlindən 13 milyon diollara yaxın gəlir əldə edib

2021-ci ildə neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 12,6 milyon ABŞ dolları və yaxud 21,4 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib

Hesabata əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,9 milyon manat) nisbətən 0,54 milyon manat və ya 2,5 % az icra olunub, habelə 2020-ci ilə nisbətən (20,4 milyon manat) bu gəlir maddəsinin icrasında 1 milyon manat və yaxud 0,6 milyon ABŞ dolları məbləğində artım qeydə alınıb.

2021-ci il ərzində Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan ərazisindən keçən hissəsi vasitəsi ilə 32,2 milyon barel proqnoza qarşı ümumilikdə 31 milyon barel həcmində neft nəql edilib.

Azərbaycanın ərazisindən hazırda 4 ixrac boru kəməri keçir ki, bunlardan yalnız QİBK üzrə Fonda vəsaitlər daxil olur. QİBK-in Azərbaycandan keçən hissəsi dövlətin balansında olduğu üçün, nəql olunmasına görə ödənilən tarif Fonda ödənilir