Azərbaycan ötən il Çexiyanın əsas neft tədarükçüsü olub

Energetika
  • 15 aprel, 2026
  • 15:10
Azərbaycan ötən il Çexiyanın əsas neft tədarükçüsü olub

Azərbaycan 2025-ci ilin yekunlarına görə Çexiyaya əsas neft tədarükçüsü olub.

Bu barədə "Report" Çexiyanın "České noviny" nəşrinə istinadən xəbər verir.

Çexiyanın ümumi idxal həcmində Azərbaycan neftinin payı 42 %-i ötüb.

2025-ci ildə Çexiya Azərbaycandan 2,9 milyon ton neft idxal edib, bu da əvvəlki illə müqayisədə 10 % çoxdur. Bununla yanaşı, Azərbaycan son illərdə Çexiyaya neft tədarükündə payını artırıb.

Nəşrin məlumatına görə, 2025-ci ildə Çexiya 6,85 milyon tondan çox neft idxal edib, bu da 2024-cü illə müqayisədə 5,5 % çoxdur.

Rusiya neftinin payı 2025-ci ildə 7,7 %-ə qədər azalıb. Çexiya ötən il Norveç, Qazaxıstan və Səudiyyə Ərəbistanından neft idxalını artırıb. Nəşrə görə, bu ölkələrdən satınalmaların artması Trans-Alp neft kəməri (TAL) neft kəmərinin ötürücülük qabiliyyətinin artması və "Drujba" neft kəmərindəki tədarük problemləri ilə əlaqədardır.