Azərbaycan ötən ay ixrac etdiyi polipropilen həcmlərini açıqlayıb
- 19 fevral, 2024
- 09:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 1 min 069,38 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 1 milyon 116,76 min ABŞ dolları təşkil edib.
Bu, 2023-cü ilin ilk ayında polipropilen ixracı müvafiq olaraq 9,94 dəfə və 8,64 dəfə azdır.
Polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 0,5 %, ölkənin ümumi ixracında payı isə 0,06 % olub.
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 101 min 336,38 ton ilkin formalarda polipropilen ixrac edib. Bu həcmdə polipropilenin dəyəri 109 milyon 914,8 min ABŞ dolları təşkil edib.
Polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.