Azərbaycan növbəti 4 ildə neft-qaz gəlirlərinə dair proqnozlarını açıqlayıb

Energetika
  • 21 sentyabr, 2023
  • 13:01
Azərbaycan növbəti 4 ildə neft-qaz gəlirlərinə dair proqnozlarını açıqlayıb

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirlərinin 16 milyard 756 milyon manat təşkil ediləcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 5,5 % azdır.

İllik gəlirlərin 12 milyard 781 milyon manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert təşkil etməlidir ki, bu da 8,9 % artım denıkdir.

2025-ci ildə isə Azərbaycanın neft-qaz gəlirlərinin 17 milyard 701,3 milyon manat olması gözlənilir ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 5,6 % çoxdur. Bunun 13 milyard 707,3 milyon manatını ARDNF-dən büdcəyə transfert təşkil edəcək ki, 2024-cü ilin proqnozuna nisbətən 7,2 % çoxdur.

2026-cı ildə isə Azərbaycanın neft-qaz gəlirlərinin 2025-ci ilin proqnozu ilə müqayisədə 4,9 % azalaraq 16 milyard 839,3 milyon manat təşkil edəcəyi gözlənilir. Bunun da 13 milyard 086,3 milyon manatı ARDNF-dən büdcəyə transfert olacaq ki, bu da 2025-ci ilin proqnozuna nisbətən 4,5 % azdır.

2027-ci ildə isə Azərbaycanın neft-qaz gəlirlərinin 16 milyard 227,6 milyon olacağı proqnozlaşdırılır ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 3,6 % azdır. Bu məbləğin də 12 milyard 610,6 milyon manatını ARDNF-dən büdcəyə transfert təşkil edəcək ki, bu da 2026-cı ilin proqnozuna nisbətən 3,6 % azdır.

Bununla da, növbəti 4 il ərzində Azərbaycanın neft-qaz gəlirlərinin 3,1 % azalacağı nəzərdə tutulur. Bu illər ərzində ARDNF-dən büdcəyə transfert isə 1,3 % azalacaq.