Azərbaycan neftinin qiyməti 116 dolları keçib
Energetika
- 03 mart, 2022
- 06:11
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,2 ABŞ dolları, yaxud 3,75 % artaraq 116,1 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 112,93 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
03:35
Tramp: ABŞ Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcək
Digər ölkələr03:16
Ceffri Saks: NATO Gürcüstan vasitəsilə Qara dənizdə Rusiyanı sıxışdırmaq istəyirdi
Region02:59
Belçika - Seneqal oyununun ən yaxşısı Yuri Tilemans seçilib
Futbol02:59
Fransada meşə yanğınlarının sahəsi 700 hektara çatıb
Digər ölkələr02:50
DÇ-2026: Seneqala əlavə vaxtda vurduğu qolla qalib gələn Belçika 1/8 finala yüksəlib - YENİLƏNİB-9
Futbol02:27
İran Əli Xameneinin qisasını almaq üçün Qüdsə hücum edə bilər
Region02:04
Azərbaycan BMT-də terrorizmlə mübarizəni qabardıb
Xarici siyasət01:45
Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir
Region01:22