Azərbaycan neftinin qiyməti yenidən 81 dolları keçib

Energetika
  • 23 may, 2018
  • 05:42
Azərbaycan neftinin qiyməti yenidən 81 dolları keçib

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,42 dollar və yaxud 1,78% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti  81,32 dollar/barelə bərabər olub. 

Qeyd edək ki,  bu il ilk dəfə ötən həftə "Azeri LT CIF" markalı neftin qiyməti 81 dolları keçmişdi.  

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

44 - Tezliklə