Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika
- 23 aprel, 2022
- 06:22
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,12 ABŞ dolları, yaxud 1 % azalaraq 109,67 ABŞ dollarına düşüb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 106,65 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
23:00
DÇ-2026: İspaniya - Belçika oyunu başlayıb
Futbol22:52
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub
Hadisə22:35
Fransada 130-dan çox insan suda boğulub
Digər ölkələr22:22
Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır
Region22:09
Şahbaz Şərif və Məsud Pezeşkian regional vəziyyəti müzakirə ediblər
Region21:59
Yaşar Güler: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır
Region21:44
"Neftçi" yoxlama oyununda Serbiya klubunu məğlub edib
Futbol21:40
Biləsuvarın bəzi ərazilərində işıq kəsiləcək
Energetika21:36