Azərbaycan neftinin qiyməti "Brent"lə eyni həddə düşüb
Energetika
- 12 aprel, 2022
- 06:31
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,22 ABŞ dolları, yaxud 2,12 % azalaraq 102,63 ABŞ dollarına düşüb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 102,78 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
04:15
İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib
Digər ölkələr03:42
Tramp Harrisə yenidən ABŞ prezidentliyinə namizədliyini irəli sürməsini təklif edib
Digər ölkələr03:13
Foto
İtaliyada Renuar, Sezan və Matisin oğurlanmış rəsmləri tapılıb
Digər ölkələr02:39
Qəribabadı: Hörmüz boğazını "X" paylaşımları və ya təyyarə gəmiləri ilə ələ keçirmək olmaz
Region02:08
Foto
Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb, iki metrostansiyasını su basıb - YENİLƏNİB
Region01:53
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
Region01:29
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
Digər ölkələr00:54
Foto
Video
Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə00:42