Azərbaycan neftinin qiyməti 89 dollara düşüb
Energetika
- 25 yanvar, 2022
- 06:43
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,31 ABŞ dolları, yaxud 2,5 % azalaraq 89,10 ABŞ dollarına düşüb.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Ötən həftənin sonu “Brent” markalı neftin bir bareli 91,41 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
13:43
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi həyata keçirilib
Digər ölkələr13:42
Orsk neft emalı zavodu PUA hücumu səbəbindən 6 ay fəaliyyət göstərməyəcək
Region13:32
"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək
Şou-biznes13:30
Foto
Marneulidə Nizami Gəncəvinin büstünün bərpadan sonra açılışı olub
Mədəniyyət siyasəti13:29
İncəsənət məktəbləri üçün 3 fənn üzrə tədris proqramları yenilənib
İncəsənət13:29
Abdulla Rzayev icarə əsasında "Araz-Naxçıvan"ın formasını geyinəcək
Futbol13:28
Azərbaycan Gürcüstana "Aİ-92" markalı benzinin satışını 3 dəfədən çox artırıb
Biznes13:15
Paşinyan: Ermənistan Aİİ-də Rusiya ilə eksklüziv münasibətlərə razı deyil
Region13:10