Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

Energetika
  • 27 aprel, 2018
  • 05:26
Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,71 dollar və yaxud 0,95% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 75,71 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.