Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb

Energetika
  • 20 fevral, 2018
  • 05:31
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,69 dollar və yaxud 1,04% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,90 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.