Azərbaycan neftinin qiyməti 60 dollara yaxınlaşır

Energetika
  • 27 oktyabr, 2017
  • 05:33
Azərbaycan neftinin qiyməti 60 dollara yaxınlaşır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,63 dollar və yaxud 1,07% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 59,70 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.