Azərbaycan neftinin qiyməti 57 dollardan aşağı düşüb

Energetika
  • 16 fevral, 2017
  • 05:34
Azərbaycan neftinin qiyməti 57 dollardan aşağı düşüb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,45 dollar, yaxud 0,78% azalıb. "Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,97 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.