Azərbaycan neftinin qiyməti 112 dolları keçib
Energetika
- 12 may, 2022
- 05:57
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,96 ABŞ dolları, yaxud 3,64 % artaraq 112,73 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 106,32 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
20:23
Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Digər ölkələr20:13
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Fərdi19:50
Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb
Xarici siyasət19:37
Video
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
Daxili siyasət19:25
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Region19:12
Afinada yaşayış binasında baş verən partlayışda 6 nəfər həlak olub
Digər ölkələr19:08
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
Hadisə19:00
Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
Region18:50