Azərbaycan neftinin qiyməti 112 dollara yaxınlaşır
Energetika
- 02 mart, 2022
- 06:05
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,6 ABŞ dolları, yaxud 9,38 % artaraq 111,90 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 109,88 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
21:38
"Turan Tovuz"un məşqçisi: "Əsas odur ki, "Kəpəz"lə matçda qələbə qazandıq"
Futbol21:32
Foto
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Xarici siyasət21:31
Hindistanda mədəndə partlayış nəticəsində azı 18 işçi həlak olub
Digər ölkələr21:28
Azər Bağırov: "İnanıram ki, cavab matçından sonra növbəti mərhələyə yüksələn tərəf "Kəpəz" olacaq"
Futbol21:19
Foto
Özbəkistan və Pakistan bir sıra strateji sazişlər imzalayıb
Digər ölkələr21:10
Simonyan: Ermənistan Aİ-yə görə Rusiya ilə əməkdaşlıqdan imtina etməyib
Region20:55
Azərbaycan Kuboku: "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib
Futbol20:43
İsrail Livana yeni zərbələr endirməyə başlayıb
Digər ölkələr20:33